PDF Oxu

Siyasət

  • 24

YAP Gənclər Birliyi Şəhidlər Xiyabanını ziyarət etdi

YAP Gənclər Birliyi Şəhidlər Xiyabanını ziyarət etdi

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi gənclərin və ictimaiyyətin diqqətini cəlb edən müxtəlif layihələr həyata keçirir.

Bu layihələrin bir istiqaməti də ermənilərin xalqımıza qarşı törətdiyi cinayət faktlarının ifşası və bu faktların gənclərə çatdırılmasından ibarətdir. Ermənilərin törətdiyi ən böyük cinayətlərdən biri də tarixi Azərbaycan torpağı olan Ağdam rayonunun işğal olunması, dağıdılması və əhalisinin didərgin salınmasıdır.

Ağdam rayonu artıq 20 ildir ki, işğal altındadır. Şəhər tamamilə dağıdılıb, bütün mədəni abidələr yerlə-yeksan edilib. Ağdamın hazırki mənzərəsi ilə bütün dünya tanış olsa da, hələ də beynəlxalq ictimaiyyət bu mövzuda susqundur.

YAP Gənclər Birliyi Ağdamın işğalının 20-ci ildönümü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edib. Bu ziyarətdə partiyanın yüzlərlə aktiv gənci iştirak edib, vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın məzarlarına gül dəstələri qoyublar.

yap.org.az

Digər xəbərlər