"Azərbaycan həmsədrlərin fəaliyyətindən narazıdır. ATƏT-in Minsk qrupu daha canlı və məqsədyönlü fəaliyyətini qurmalıdır". Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.
E.Abdullayev bildirib ki, indiki vəziyyətdə ATƏT-in fəaliyyətindən razı qalmaq mümkün deyil. Onun sözlərinə görə, beynəlxalq birlik Ermənistana öz siyasi təsirini göstərməlidir.
"Bu gün Azərbaycan və Azərbaycan xalqı da ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazılığını bildirib. Dövlətimiz bu problemin ədalətli yolla həllini başlıca məsələ hesab edir"- deyə, E.Abdullayev qeyd edib.
yap.org.az