""Yay məktəbi" layihəsi yerində və zamanında həyata keçirilən bir tədbirdir. Bu gün partiyamız öz gücündən, imkanından istifadə edir və bu tədbirləri həyata keçirməkdə çox böyük işlər görür. Bu layihənin əhəmiyyəti ilk növbədə ondan ibarətdir ki, bizim fəal gənclərimiz arasında dolğun, geniş, ətraflı fikir mübadiləsinin aparılmasına imkan yaranır. Bu tədbirlər zamanı gənclər arasında dostluq və birlik yaranması, onlar arasında olan həmrəyliyin güclənməsi çox önəmli məsələlərdən biridir". Bu fikirləri YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
S.Orucov bildirib ki, belə layihələr gənclərin intelektual səviyyəsinin artmasına da öz töhfəsini verir. Onun sözlərinə görə, "Yay məktəbi"ndə hər bir sahədən olan gənclərə rast gəlmək olar.
"Burada istər ali təhsilli, istərsə də ortatəhsilli gənclərə var. Onların bir yerdə bir-biri ilə ünsiyyətdə olması çox böyük əhəmiyyət kəsb edir. Bu cür tədbirlər bir daha partiyamızın, dövlətimizin və hörmətli Prezidentimizin gənclərə nə dərəcədə önəm verdiyinin təzahürüdür. Bütün bunlar bizim gənclərimizin partiya və dövlətə olan inamını daha da artırır. Bu gün gənclər dövlətimizin qayğısı ilə əhatə olunub"- deyə, S.Orucov vurğulayıb.
yap.org.az