PDF Oxu

Siyasət

  • 27

Aydın Mirzəzadə: “Prezident seçkiləri yaxınlaşdıqca, siyasi mənzərə daha da aydınlaşır”

Aydın Mirzəzadə: “Prezident seçkiləri yaxınlaşdıqca, siyasi mənzərə daha da aydınlaşır”

"Azərbaycanda 2013-cü il prezident seçkiləri yaxınlaşdıqca siyasi mənzərə daha da aydınlaşır. Artıq əsas iddiaçıların adları məlumdur, rəsmi təbliğat kampaniyasının hansı məsələlər ətrafında gedəcəyi də təxmini bilinir". SİA-nın məlumatına görə, bunu millət vəkili Aydın Mirzəzadə deyib.Deputatın sözlərinə görə, bu ilki dövlət başçısı seçkisinin özəlliyi radikal müxalifətin seçkiqabağı Milli Şura adlı ittifaq yaratması, tanınmış Rusiya və Azərbaycan kinorejissoru Rüstəm İbrahimbəyovu özünə lider seçməsi və prezidentliyə namizəd irəli sürməsidir: "Müxalifətin bu cinahı əvvəlki seçkilərdə də müxtəlif bloklar yaradır və istənilən yolla hakimiyyətə gəlməyə çalışırdı. Bu ilki fərqli nüans isə ənənəvi Müsavat- AXCP-Rəsul Quliyev qrupu blokuna Rüstəm İbrahimbəyov - Eldar Namazov qrupunun qoşulmasıdır. Eldar Namazov özünün kiçik siyasi qrupu ilə siyasətdə mövcud olsa da, Rüstəm İbrahimbəyov axırıncı iki ilə qədər ümumiyyətlə siyasətdə görünmürdü. İbrahimbəyov əsasən birmənalı qarşılanmayan bədii filmlər yaratmaqla məşğul idi. Onun ara-sıra sosial mövzulara dair verdiyi müsahibələr isə ziyalılar tərəfindən ciddi narazılıqlarla qarşılanırdı"."Keçən ildən siyasətə qoşulan kinorejissor bu il radikal müxalifətlə birlikdə Milli Şura deyilən bir qurum yarada bildi. İlk dövrlərdə özünün namizədi kimi Eldar Namazovun adını çəksə də, sonradan dediyini unudaraq yaradılan ittifaqa sədr, həm də oradan prezidentliyə namizəd seçildi. Ancaq Namazov da kənarda qalmadı, yarım ildən çoxdur ölkədən kənarda olan İbrahimbəyovun yerinə birləşmiş radikal müxalifətin lideri rolunu faktiki olaraq indi o yerinə yetirir. Maraqlı olan odur ki, artıq beş ildir prezidentliyə iddialı olan İsa Qəmbərin, Əli Kərimlinin, Mirmahmud Mirəlioğlunun, Lalə Şövkətin asanlıqla siyasətdən kənar və qalmaqallı bir insanın yaratdığı quruma daxil olması və onun namizədliyi xeyrinə öz namizədliklərindən imtina etdilər. Siyasi analitiklər bu halı müxtəlif səbəblərlə izah edirlər. Bir qismi bunu bu şəxslərin xaricdən bağlı olduqları müəyyən dairələrdən məhz belə bir təlimat almaları ilə izah edirlər" –deyə millət vəkili sözlərinə əlavə edib.A.Mirzəzadə bildirib ki, 20 ilə yaxındır arxalarınca apardıqları elektorat bu ilki məğlubiyyəti artıq onlara bağışlamaya bilərdi: "2013-cü il seçkilərində iştirak etməməklə beş ildən sonra artıq yeni siyasi imiclə cəmiyyətin içərisinə çıxacaqlarına ümid edirlər. Bunlar ehtimallar olsa da ortada olan reallıq radikal müxalifətin asanlıqla Eldar Namazov - Rüstəm İbrahimbəyov qrupuna təslim olması, özlərinin bütün planlarını bu iki şəxsin siyasətinə uyğunlaşdırmalarıdır. Bu gün müxalif cəbhənin siyasətini orada öz kiçik qrupuna başçılıq edən Eldar Namazov və heç zaman siyasətlə məşğul olmamış İbrahimbəyov müəyyən edir. Təsüdüfi deyil ki, bir müddət əvvəl keçmiş deputat, müxalifətin ideoloqlarından sayılan Pənah Hüseyn bildirmişdi ki, " özümüz yazmadığımız ssenaridə rol oynamağa məcburuq "."Müxalifətin kənardan gələn ssenarisinin işə salınması isə artıq öz "bəhrələrini" verməkdədir. İbrahimbəyov çıxışlarında və xarici görüşlərində təmsil etdiyi seçki blokunu deyil, məhz özünün təbliğinə üstünlük verir. Siyasi mövzularda bəyanatları isə nəinki Azərbaycan ictimaiyyətini, hətta çətiri altına yığdığı müttəfiqlərini də vaxtaşırı şoka salır. Kinorejissor gah Qarabağ ərazisini mübahisəli ərazi sayır, gah da onun Bakıya dönməsini tələb edən Müsavat başqanı İ.Qəmbəri provokator adlandırır. Onun haqqında tənqidi yazılar yazan jurnalistlin sözün əsl mənasında ağzından vurmaq çağırışı isə hətta radikallar üçün soyuq duş təsiri bağışladı"- deyə, A.Mirzəzadə vurğulayıb.Millət vəkili hesab edir ki, bütün resurslarını "gənc siyasətçi" Rüstəm İbrahimbəyova və onun aparat rəhbəri Eldar Namazova təhvil vermiş İsa Qəmbər ara-sıra öz müstəqilliyini qoruyub saxlamağa cəhd edir: "İctimai Palatada heç kəsə güzəştə getməyən AXCP sədri Əli Kərimlinin ümumiyyətlə səsi gəlmir, Rəsul Quliyevin, Mirmahmud Mirəlioğlunun seçkidə nə iş görəcəkləri isə heç kəsə aydın deyil. Radikal müxalifətin "yeni ssenari " ilə seçkilərə getməsinin nə ilə bitəcəyi isə indidən aydındır. Sadəcə olaraq əvvəlki seçkilərin nəticələri ilə tanış olmaq kifayət edir".

sia.az

Digər xəbərlər