PDF Oxu

Siyasət

  • 23

Raqif Abbasov: Nəticələr onu göstərir ki, Azərbaycanda idman dövlətin prioritetidir

Raqif Abbasov: Nəticələr onu göstərir ki, Azərbaycanda idman dövlətin prioritetidir

"27-ci Ümumdünya Yay Universiadası ölkəmiz üçün uğurlu oldu". Bu fikri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Milli Olimpiya Komitəsinin (MOK) üzvü Raqif Abbasov deyib.

R.Abbasov bildirib ki, yarışlarda ümumilikdə Azərbaycan idmançıları 16 medal - 4 qızıl, 5 gümüş, 7 bürünc qazanıblar. Onun sözlərinə görə, faktiki olaraq hər beşinci Azərbaycan idmançısı Universiadada mükafata layiq görüldü.

"Bu çox yüksək göstəricidir. Azərbaycan medal hesabında, yəni həm qızıl medal, həm də mükafatların ümumi sayına görə 15-ci yeri tutdu və bu göstərici ilə Universiadada çoxlu sayda idmançı ilə təmsil olunan və növbəti Olimpiya Oyunlarının ev sahibi Braziliyanı arxada qoydu. Azərbaycan Avropa ölkələri arasında doqquzuncu, MDB ölkələri arasında dördüncü, müsəlman ölkələri və Cənubi Qafqaz ölkələri içərisində isə birinci oldu. Biz ənənəvi olaraq, müsəlman dünyasında və Qafqazda birincilik planını qoruyub saxlayırıq. Bu nəticələr onu göstərir ki, Azərbaycanda idman dövlətin prioritetidir. Biz isə bu yüksək göstəricinin daha da artması üçün işlər aparacağıq"- deyə, R.Abbasov qeyd edib.

yap.org.az

Digər xəbərlər