PDF Oxu

Siyasət

  • 30

Əli Abbasov: Elektron xidmətlərin göstərilməsi vətəndaşların işlərini xeyli asanlaşdırıb

Əli Abbasov: Elektron xidmətlərin göstərilməsi vətəndaşların işlərini xeyli asanlaşdırıb

"Müşahidələr göstərir ki, son zamanlar vətəndaşların şikayətləri azalıb. Ölkədə korrupsiyaya qarşı aparılan mübarizə, əhaliyə verilən xidmətlərin axşılaşdırılması istiqamətində atılan addımların nəticələrini əyani olaraq görürük". Bu fikirləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Ə.Abbasov bildirib ki, vətəndaşların şikayətlərinin azalmasına həm də elektron xidmətlərin geniş tətbiqi səbəb olub. Onun sözlərinə görə, artıq elektron xidmətlərin göstərilməsi vətəndaşların işlərini xeyli asanlaşdırıb.

Ə.Abbasov qeyd edib ki, son 6 ayda "Elektron hökumət" portalına 260 mindən çox müraciət edilib, vətəndaşlar da həmin elektron xidmətlərdən lazımi səviyyədə yararlanıblar. "Bütün bu işlərin nəticəsi nəinki paytaxtda, eləcə də bütün bölgələrdə hiss olunur. Hökumətin biznes istiqamətində apardığı işlər kiçik və orta bizneslə məşğul olan insanları stimullaşdırıb ki, bu da ümumilikdə Azərbaycanda sosial-iqtisadi durumun inkişafına çox müsbət təsir edir" - deyə, nazir vurğulayıb.

yap.org.az

Digər xəbərlər