PDF Oxu

Siyasət

  • 16

Fərhad Məmmədov: “Həmsədrlər öz prinsipial mövqelərini ortaya qoymalıdır”

Fərhad Məmmədov: “Həmsədrlər öz prinsipial mövqelərini ortaya qoymalıdır”

"Dağlıq Qarabağ münaqişəsinə diqqətin artırılması məqsədilə bu il Ukraynada beynəlxalq konfrans keçiriləcək". SİA-nın məlumatına görə, bunu bu gün Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov SAM-ın 2013-cü ilin ilk altı ayı ərzində fəaliyyətinə dair hesabatında çıxışı zamanı deyib.SAM rəhbərinin sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı mərkəz 3 istiqamətdə hərəkət edəcək: "Birincisi, xarici ekspertlər tərəfindən Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş hesab edilməməsi. İkincisi, Azərbaycanın prinsipial mövqeyinin dünya ictimaiyyətinə çatdırılması və BMT tərəfindən işğalçı dövlətin cəzalandırılmasına nail olmaq. Üçüncüsü isə Dağlıq Qarabağ regionunun Azərbaycan icması nümayəndələrinin keçirdiyimiz bütün beynəlxalq tədbirlərə cəlb edilməsidir".ATƏT-in Minsk Qrupunun həmsədrlərinin son bəyanatına da münasibət bildirən F. Məmmədov deyib ki, onlar müəyyən ümidsizlik nümayiş etdirir və hazırkı vəziyyətin yaranmasında daha çox tərəfləri günahlandırırlar: "Halbuki həmsədrlər öz prinsipial mövqelərini ortaya qoymalıdır. ATƏT-in Minsk Qrupu ilk növbədə münaqişənin mərhələli şəkildə, beynəlxalq hüquq normalarına əsasən nizamlanmasına çalışmalıdır. Bu istiqamətdə ilk addım Ermənistanın işğal etdiyi ərazilərdən çıxmasıdır. Azərbaycan cəmiyyətinin Dağlıq Qarabağ münaqişəsinə dair fikri vahiddir. Əsas prinsiplər artıq ortadadır. Azərbaycan bu prinsiplərdən dönməyəcək".

sia.az

Digər xəbərlər