PDF Oxu

Siyasət

  • 27

Bərdədə YAP fəalları ilə görüş keçirilib

Bərdədə YAP fəalları ilə görüş keçirilib

Bərdə rayon mədəniyyət evində Yeni Azərbaycan Partiyası (YAP) fəalları ilə görüş keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, tədbirdə YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov və Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov iştirak ediblər.Görüşdə bu ilin oktyabr ayında ölkəmizdə keçiriləcək növbəti prezident seçkiləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda YAP rayon təşkilatının və partiya fəallarının qarşısında duran vəzifələr müzakirə olunub. Görüşü giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib ki, öz sıralarını daim genişləndirən təşkilatda bu gün 4007 nəfəri qadın, 2717 nəfəri isə gənc olmaqla ümumilikdə 10 min 185 nəfər partiya üzvü birləşir. Rayonda seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər bir şərait yaradılmaqdadır. Rayon ərazisində 2 seçki dairəsində 104 seçki məntəqəsi fəaliyyət göstərir.YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov görüşdə çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 10 ildə ölkəmizdə qazanılmış böyük uğurlardan, genişmiqyaslı inkişafdan danışıb: "Bu illər ərzində Azərbaycanın iqtisadiyyatı 3 dəfə artıb, 1 milyon 200 min yeni iş yeri açılıb, yoxsulluğun səviyyəsi 50 faizdən 6 faizə enib, əhalinin yaşayış səviyyəsi yüksəlib, ölkədə sabitlik, əmin-amanlıq təmin olunub. Prezident İlham Əliyevin ötən 10 ildəki fəaliyyətini yüksək qiymətləndirən xalqımız ölkəmizdəki inkişaf prosesinin, sabitlik və əmin-amanlığın davamlı olması üçün növbəti 5 ildə də məhz onu dövlətimizin başçısı kimi görmək istəyir".Tədbirdə çıxış edən YAP rayon təşkilatının fəalları əvvəlki seçkilərdə olduğu kimi, qarşıdakı seçkilərdə də yekdilliklə Yeni Azərbaycan Partiyasının namizədini, Prezident İlham Əliyevi dəstəkləyəcəklərini, tərəqqiyə, sülhə, əmin-amanlığa səs verəcəklərini bildiriblər.

sia.az

Digər xəbərlər