İyulun 24-də Azərbaycan Respublikasının Tehrandakı səfiri Cavanşir Axundov İran İslam Şurası Məclisinin Gerimi şəhərindən seçilmiş deputatı Mirqismət Müsəviəsl ilə görüşmüşdür.
Görüşdə Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun fəaliyyətinin daha da genişləndirilməsi, ölkələrimizin sərhəd bölgələrinə aid məsələlər, Azərbaycan-İran münasibətlərinin inkişaf istiqamətlərinə dair digər məqamlar müzakirə edilmişdir.
AzərTAc