Bu qısa məqalə çərçivəsində son günlərdə Cənab Prezident İlham Əliyevin atdığı humanist addımları təhlil etməyə çalışacam. Belə ki, Cənab Prezident vətəndaşların rifahının yüksəldilməsi və sosial ədalət anlayışına istinad edilərək yüksək səviyyədə vətandaş cəmiyyətinin yaradılması üçün son günlərdə əvəzsiz işlər görmüşdür. Məhz jurnalist Nicat Dağların müalicəsinin xaricdə davam etdirilməsi, jurnalistlərə mətbuat günündə mənzillərin verilməsini, Nabranda faciəli qəzada kiçik yaşlı İmranın ayaqlarının müalicəsi üçün göstərişlər verməsi və nəhayət, Ramazan ayı münasibətilə Qafqaz müsəlmanları idarəsi tərəfindən təşkil olunmuş iftarda iştirak etməsi Cənab Prezident İlham Əliyevin son günlərdə dövlətimizin qayğıkeş başçısı olaraq bir daha liderleyini göstərdi. Təsadüfi deyil ki, Cənab Prezident həm daxili, həm də xarici siyasət kursunu tətbiq edərkən Azərbaycanda yüksək inkişaf etmiş vətandaş cəmiyyətinin qurulmasına səy etdiyini göstərir. Bu, dövlət başçımızın dəflərlə vurğuladığı kimi, çoxşaxəli iqtisadi siyasətə istinad edilərək həyata keçirilir. Bu mənada Prezident ölkə vətandaşlarına bərabər statusda öz qayğısını göstərir. Bunun əyani sübutunu juranlistlərə mənzillərin verilməsində Cənab Prezident İlham Əliyevin çıxışında görmək mümkündür : "Deyə bilərəm ki, bu təşəbbüs dünya praktikasında ilk dəfədir ki, reallaşır. Şadam ki, Azərbaycan bu sahədə də öz liderliyini göstərir. Çünki bildiyiniz kimi, jurnalistlərin peşəsi çox ağırdır, məsuliyyətlidir. Ancaq jurnalistlərin əksəriyyəti aldıqları maaşla bu cür evdə mənzil ala bilməzdi. Bu məqsədlə və eyni zamanda, öz sahəsində peşəkarlıq göstərmiş, uzun illər mətbuatda çalışmış jurnalistləri mükafatlandırmaq üçün hesab edirəm ki, bu təşəbbüs ən məqbul yol idi. Mətbuat işçiləri ilə görüşlərimin birində jurnalistlər tərəfindən irəli sürülmüş bu təşəbbüsə dərhal dəstək verildi və qısa müddət ərzində belə gözəl, yaraşıqlı bina tikilmişdir. Əminəm ki, bu binanın ətrafında gələcəkdə böyük bir kompleks yaranacaqdır".
Ümumiyyətlə media müasir dünyada çox əhəmiyyətli finksional rola malikdir. Təsadüfi deyil ki, media dördüncü güc olaraq bilinməkdədir. Bu mənada medianın əsas mahiyyəti onun ədalətli, tutarlı və fikir plüralizminə imkan yaratmasındadır. Məhz Prezident İlham Əliyev də jurnalistlərə mənzillərin verilməsində bu nöqtəyə işarə edərək ölkədə media vasitəsilə fikir plüralizminin yaradılmasına çalışıldığını qeyd etdi.
Digər tərəfdən Prezident İlham Əliyevin tapşırığı ilə bu il iyulun 21-də Nabrandakı istirahət mərkəzlərinin birində hər iki ayağını itirmiş iki yaşlı İmran Cəfərovun müalicə xərcləri dövlət hesabına ödəniləcək. Məhz Prezidentin bu qayğısını hümanizmin qələbəsi hesab etmək olar. Bu, onu göstərir ki, Prezident daima ölkə vətandaşlarının rifahını və gələcəyini düşünür. Bu mənada Cənab Prezident eyni zamanda öz liderlik və dövlət başçısı olma xüsusiyyətini də əyani şəkildə göstərir.
Bu kontekstdə qeyd etməliyəm ki, Cənab Prezident İlham Əliyev əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan iftar məclisində iştirak edərək islam dininin hümanist dəyərlərindən də bəhs etmişdir. Belə ki, Cənab Prezident İlham Əliyevin qızıl onillik adlandırılan hakimiyyəti dövründə ölkədə din-dövlət münasibətlərinin inkiaşf etdirilməsində və Azərbaycanda tolerant cəmiyyətin formalaşdırılmasında əvəzsiz fəaliyyətinə şahid olmaq mümkündür. Məhz bu uğurlu siyasət nəticəsindədir ki, ölkdədə mədəniyyətlərarası və dinlərarası dialoq mövzularında bir çox mötəbər konfranslar keçirilməkdədir. Buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin də haqlı olaraq vurğuladığı kimi bəşəri dəyərlərə hörmətlə yanaşılan, beynəlxalq birliyə inteqrasiya edən Azərbaycanın islam həmrəyliyinə də töhfələrini əsirgəmədiyi bir reallıqdır. Bu mənada Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqa töhfələrini əsirgəmədiyini vurğulayan dövlətimizin başçısı dini ocaqların yenidən qurulmasının da daim dövlətin diqqət mərkəzində olduğunu vaxtaşırı bildirməkdədir.
Nəticədə Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasi kurs bir çox cəhətdən aktuallıq kəsb edir. Belə ki, yuxarıda Cənab Prezidentin sitat olaraq verdiyimiz ifadəsi də - "Azərbaycanda heç bir sahədə ayrıseçkiliyə yol verilmir və yol verilməməlidir" bütün bu fəaliyyətlərin yekunu mahiyyətindədir. Təsadüfi deyil ki, Cənab Prezident ölkənin daha da çiçəklənməsi və inkişaf etməsi üçün iqtisadi siyasətdə çoxşaxəlilik prinsipinə və yüksək səviyyədə vətəndaş cəmiyyətinin qurulması üçün isə bərabərhüquqlu, ayrıseçkiliyə yol vermədən vətəndaşların rifahının yüksəldilmə prinsiplərini uğurla həyata keçiməkdədir.
Rəşad İlyasov,
fəlsəfə doktoru