Dünən Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının yaranmasının 20 illik yubileyi qeyd olundu. Tədbir iştirakçıları ilk öncə Ulu Öndərin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, önünə tər gül-çiçək dəstələri düzdülər.
Rayon təşkilatınnı qərargahında davam edən tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov partiya üzvlərini yubiley münasibətilə təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzuladı. R.Şabanov YAP ideyasının respublikanın çox gərgin bir dövrdə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən yaradılmış tarixi bir partiya olduğunu bildirdi. Partiyanın keçdiyi yoldan danışan R.Şabanov onu da vurğuladı ki, müstəqillik əldə etdikdən sonra 1990-cı illərin əvvələrində Azərbaycan çoxsaylı problemlərlə üzləşmişdir. Bu da o vaxtkı rəhbərliyin yarıtmaz fəaliyyətinin bilavasitə nəticəsi idi: "Azərbaycanı belə dəhşətli vəziyyətdən Ulu Öndər Heydər Əliyev dühası xilas etdi. Yeni Azərbaycan Partiyasının yaranması və inkişafı Azərbaycanın siyasi həyatında ümid çırağı yandırdı. Xalq əmin oldu ki, Azərbaycanı nicat yoluna çıxaracaq, möhtəşəm siyasi qüvvə artıq mövcuddur. Bu siyasi qüvvəyə görkəmli dövlət xadimi Heydər Əliyev rəhbərlik edirdi." YAP Tərtər rayon təşkilatının ilk təsis konfransını 1993-cü il iyulun 25-də keçirdiyini qeyd edən R.Şabanov bu gün partiyanın sırasının getdikcə sıxlaşdığını və 84 ilk ərazi təşkilatında 5215 nəfərdən çox üzvünün olduğunu vurğuladı: "Təsis konfransından keçən müddət ərzində, rayon təşkilatının üzvlərinin sayı getdikcə artdı. Bu gün 84 ilk partiya özəyini təmsil edən 5215 nəfərdən çox partiya üzvü var. Bunun 65 faizi gənclər, 52 faizi isə qadınlardır".
İlbəil rayon təşkilatının kəmiyyət və keyfiyyət baxımından fəaliyyətini inkişaf etdirdiyini deyən R.Şabanov ölkəmizin daha da qüdrətli, zəngin dövlətə çevrilməsi, insanların rifah halının daha da yaxşılaşması yolunda bütün tərtərlilərin qarşıdakı prezident seçkilərində ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarının ətrafında sıx birləşəcəklərini nümayiş etdirəcəklərini bildirdi.
Tədbirdə rayon təhsil şöbəsinin müdiri Ağa Ələsgərov, rayon təşkilatı şurasının üzvü Rüfət Qurbanov, rayon təşkilatı qadınlar şurasının sədri Xatirə Məmmədova, partiya veteranı Davud İbrahimov, rayon uşaq musiqi məktəbinin müəllimi Karrar Bayramov, rayon mərkəzi kitabxanasının müdiri Ulduzə Qurbanova və başqaları çıxış edərək edərək, Ulu Öndər Heydər Əliyev kimi böyük şəxsiyyətin qurucusu olduğu partiyanın daim uğurlar qazandığını vurğuladılar. Bildirdilər ki, YAP Cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün bölgəmizin ən qüdrətli siyasi qüvvəsidir: "Partiyamızın qüdrəti güclü ideologiyaya və güclü liderə malik olmasındadır".
Görüşün sonunda rayon rəhbərliyi YAP Tərtər rayon təşkilatının yaranmasının 20 illik yubileyi münasibətilə partiyanın bir qrup fəal üzvünə fəxri fərman və hədiyyələr verildi. Həmçinin, YAP sıralarına yeni qəbul edilənlərə üzvlük vəsiqələri təqdim olundu. Sonda tədbir iştirakçıları adından Yeni Azərbaycan Partiyasınnı Sədri, ölkə Prezidenti Cənab İlham Əliyevə müraciət qəbul olundu.
R.KAMALQIZI