PDF Oxu

Siyasət

  • 6

Rusiyalı jurnalist: Azərbaycan Cənubi Qafqazda və Xəzər regionunda aparıcı dövlətdir

Rusiyalı jurnalist: Azərbaycan Cənubi Qafqazda və Xəzər regionunda aparıcı dövlətdir

"Vestnik Kavkaza" informasiya-analitik agentliyinin saytında agentliyin baş redaktoru Aleksey Vlasovun müsahibəsi dərc edilmişdir. Rusiyalı politoloq qeyd etmişdir ki, Azərbaycan Cənubi Qafqazda və Xəzər regionunda aparıcı dövlətdir və Rusiyanın bu ölkə ilə münasibətləri olduqca vacibdir.

A.Vlasov demişdir: "Buna şübhə yoxdur. Üstəlik, sabitliyin təmin edilməsində Azərbaycanın rolunu heç nə ilə müqayisə etmək olmaz. Gələcəkdə Xəzər regionunun da əhəmiyyəti artacaq, Moskva ilə Bakı arasındakı münasibətlər sabit və davamlı inkişafın təmin edilməsində əsas tərkib hissələrdən biri olacaqdır. Bu sözlər neft-qaz layihələrinə də aiddir, ticari-iqtisadi məsələlər kompleksinə də. Mənim fikrimcə, iki ölkənin liderlərinin görüşündə məhz energetika məsələlərinə dair dialoq və Xəzər regionunda əməkdaşlığın perspektivləri mövzusu diqqət mərkəzində olacaqdır".

"Vestnik Kavkaza" agentliyinin baş redaktoru belə hesab edir ki, bəzi məlumatlara görə, avqustda keçirilməsi nəzərdə tutulan Rusiya və Azərbaycan prezidentlərinin görüşündə iqtisadi məsələlərlə yanaşı İran ətrafında vəziyyət də müzakirə ediləcəkdir. A.Vlasovun fikrincə, Vladimir Putin ilə İran İslam Respublikasının yeni prezidentinin qarşıdakı görüşü nəzərə alınmaqla burada da ciddi müzakirə edilməli mövzular az deyildir.

Baş redaktor onu da qeyd etmişdir ki, siyasi kommunikasiyaları genişləndirə biləcək daha bir güclü resurs yaranmışdır. A.Vlasov demişdir: "Bu, vətəndaş cəmiyyətinin, ictimai sektorun, təhsil və gənclər strukturlarının qarşılıqlı fəaliyyətidir. Güman edirəm ki, perspektivdə bu mövzu da Vladimir Putin və İlham Əliyev üçün müzakirə mövzusu ola bilər".

yap.org.az

Digər xəbərlər