Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatında oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı partiyanın Bakı şəhəri üzrə seçki qərargahı rəhbərlərinin iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, iclası giriş sözü ilə açan YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov tədbirin əsas məqsədinin seçki qanunvericiliyinə uyğun olaraq partiyanın Bakıdakı 12 rayon təşkilatının seçki qərargahı üzvlərinin təlimatlandırılmasından ibarət olduğunu bildirmişdir.
Qeyd olunmuşdur ki, seçkilərlə bağlı təbliğat materialları hazırlanacaqdır. Onlar müxtəlif yerlərdə, müxtəlif vasitə və metodlarla seçicilərin diqqətinə çatdırılacaqdır.
AzərTAc