PDF Oxu

Siyasət

  • 8

YAP Xətai rayon təşkilatında Bakı şəhəri üzrə rayon təşkilatlarının fəalları ilə görüş keçirilib

YAP Xətai rayon təşkilatında Bakı şəhəri üzrə rayon təşkilatlarının fəalları ilə görüş keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun iştirakı ilə YAP Xətai rayon təşkilatında Bakı şəhəri üzrə rayon təşkilatlarının fəalları ilə görüş keçirilib. SİA-nın xəbərinə görə, görüşdə YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov da iştirak edib. Tədbirdə çıxış edən Siyavuş Novruzov bildirib ki, bu görüş oktyabr ayında keçiriləcək prezident seçkilərinə hesablanıb: "Azərbaycanda seçki proseduru iki ay müddətində nəzərdə tutulub. Oktyabr ayında isə seçkilərə start veriləcək. Bizim partiyanın ayrı-ayrı nümayəndələri xarici ölkələrdə seçki prosesində iştirak ediblər. YAP seçkiləri qanunun tələblərinə uyğun olaraq keçirəcək".

Daha sonra YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı çıxış edərək, YAP Nəsimi rayon təşkilatının fəaliyyəti və seçkilərə hazırlığı ilə bağlı məlumat verib. Bununla yanaşı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov da çıxış edərək seçkilərə hazırlıq prosesindən danışıb.

sia.az

Digər xəbərlər