PDF Oxu

Siyasət

  • 9

Məleykə Abbaszadə: Hər bir qrupda ən yüksək bal toplayan abituriyentlərin sayının artması müşahidə olunur

Məleykə Abbaszadə: Hər bir qrupda ən yüksək bal toplayan abituriyentlərin sayının artması müşahidə olunur

"Bəzi qruplar üzrə keçid ballarının aşağı salınması ilə bağlı bir sıra KİV-lərdə düzgün olmayan yazılara rast gəlinir. Hər bir qrupda maraqlı bir tendensiya, ən yüksək bal toplayan abituriyentlərin sayının artması müşahidə olunur. Bu abituriyentlər əsasən konkret hansısa ixtisası seçir və dövlət hesabına oxumaq istəyirlər". Bu fikirləri TQDK sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadə bildirib ki, 500 baldan yuxarı yığan elə abituriyentlər var ki, onlar mülki yox, hərbi ali məktəbləri seçirlər. Onun sözlərinə görə, hər bir qrupa sənəd verənlərin 40 faizi əvvəlki illərin məzunlarıdır.

"Onların nəticələri elə də yaxşı deyil. Bu ilki məzunların nəticələri daha yaxşıdır. I qrupda 35 min nəfərdən çox imtahan veribsə, onun 50 faizi, yəni 17 min abituriyent 90 baldan aşağı nəticə göstərib. Birinci qrupda bu ilin məzunlardan 20 min 453 nəfər imtahan verib. 10 faiz 150 baldan yuxarı nəticə göstərib. Biz onlara şans veririk. Birinci qrupda bu ilki illərin 20 min 453 məzunun 37 faizi 0-100 bal arasında, əvvəlki illərin məzunlarının (15 min nəfər) 72 faizi isə 0-100 bal arasında nəticə göstərib. Biz 150 bala düşməsəydik, əvvəlki illərin məzunu olan gənclərdən 150 bal yığanlar da ali təhsil ala bilməyəcəkdilər.Bizdə gənclər ali təhsil almaq istəyirlər, bu motivasiyanı da gənclərdə saxlamaq lazımdır"-deyə, M.Abbaszadə qeyd edib.

yap.org.az

Digər xəbərlər