PDF Oxu

Siyasət

  • 8

YAP Nizami rayon təşkilatının «Gidromaşservis» ilk partiya təşkilatının toplantısında seçkilərə hazırlıq işləri müzakirə edilmişdir

YAP Nizami rayon təşkilatının «Gidromaşservis» ilk partiya təşkilatının toplantısında seçkilərə hazırlıq işləri müzakirə edilmişdir

İyulun 26-da YAP Nizami rayon təşkilatının "Gidromaşservis" ilk partiya təşkilatının geniş yığıncağı keçirilmişdir.

Təşkilatın sədri Əhməd Hümbətov keçən dövr ərzində ilk təşkilatın gördüyü işlərdən və seçki ilində qarşıda duran vəzifələrdən danışmışdır.Yığıncaqda çıxış edən partiya üzvləri seçki ilində bu cür tədbirlərin keçirilməsini təqdirəlayiq hesab etməklə yanaşı, bir sıra təklif və mülahizələrini də bildirmişlər.

Yığıncaqda Nizamnaməyə uyğun olaraq ilk təşkilatın 7 nəfərdən ibarət idarə heyəti təsdiq edilmiş,təşkilatın sədri Əhməd Hümbətov yekdilliklə idarə heyətinin sədri seçilmişdir.Eyni zamanda qadınların və gənclərin fəaliyyət dairəsini daha da genişləndirmək üçün təşkilatın tərkibində Qadınlar şurası və gənclər təşkilatı yaradılmışdır.Nübar İsmayılova Qadınlar Şurasının ,İslam Kərimov isə Gənclər təşkilatının sədrləri seçilmişlər.

Yığıncaq həmçinin qarşıdan gələn prezident seçkiləri ilə bağlı məsələyə baxmış,bununla əlaqədar ilk təşkilatın qarşısında duran vəzifələrə dair partiya üzvlərinin fikirlərini dinləmişdir.

Qərara alınmışdır ki,partiyanın hər bir üzvü nəinki işlədiyi kollektivdə , eyni zamanda yaşadığı qəsəbədə,küçədə,ictimai yerlərldə belə partiyanın namizədinin təbliği ilə məşğul olmalı,qarşıya çıxan hər bir neqativ hallara tutarlı faktlarla cavab verməlidir.

Bunları əsas kimi qəbul edən ilk təşkilat partiyanın vahid namizədinin 15 nəfərdən ibarət təbliğat-təşviqat qrupunu yaratmışdır.Qrupa ən fəal və siyasi cəhətdən hazırlıqlı partiya üzvləri daxil edilmişdir.

Sonda bir qrup partiya üzvünə partiya vəsiqələri təqdim olunmuşdur.

yap.org.az

Digər xəbərlər