"Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri ilə bağlı dəfələrlə bəyan edib ki, bu məsələdə Azərbaycanın dəyişməz siyasəti var. Heç bir halda Dağlıq Qarabağın müstəqillik qazanması məsələsi danışıqların predmeti olmayıb və heç bir zaman da olmayacaq". Bu fikirləri politoloq Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, Azərbaycan ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa dünya praktikasında ən yüksək səviyyədə müşaiyət olunan statusu verməyə hazırdır. Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsindən kənarda heç bir statusdan söhbət gedə bilməz. "Bu, Azərbaycanın dəyişməz siyasətidir. Həmçinin ölkə başçısı İlham Əliyev qeyd edib ki, Ermənistana münasibətdə həyata keçirdiyimiz təcrid siyasətini bundan sonra da davam etdirəcəyik. Bu siyasət özünün nəticələrini göstərir. Bunun nəticəsidir ki, Ermənistanda hər il 100 minə qədər insan ölkəni tərk edir. Onların sabahlarına inamları yoxdur və ölkə ərazisində yaşamaq onlar üçün məna kəsb etmir. Ermənistanın yeritdiyi siyasət "bumeranq effekti" yaradıb"- deyə, politoloq qeyd edib.
yap.org.az