PDF Oxu

Siyasət

  • 14

Aydın Mirzəzadə: “Sosial bazaya malik olmadan böyük iddialarla çıxış edənlər...” AÇIQLAMA

Aydın Mirzəzadə: “Sosial bazaya malik olmadan böyük iddialarla çıxış edənlər...” AÇIQLAMA

"Azərbaycanda bu ilin payızında keçiriləcək prezident seçkiləri siyasi həyatın gündəmində bir nömrəli məsələ olaraq alır. Rəsmi olaraq seçki kampaniyası başlamasa da ona hazırlıq günü-gündən güclənir. Bunların içində beynəlxalq təşkilatların və xarici ölkə nümayəndələrinin seçkilərə müşahidəçi qismində göndərilməsi də var". SİA-nın məlumatına görə, bunu millət vəkili Aydın Mirzəzadə oktyabrda keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı məsələlərə münasibət bildirərkən deyib.

Parlament üzvünün sözlərinə görə, Azərbaycan xarici müşahidəçilərin səfərinə həmişə hazırdır və bu il də onların öz vəzifələrini yerinə yetirməsinə bütün şəraiti yaradacaq: "Hesab edirik ki, onların səfəri Azərbaycanda seçki prosesinə obyektiv qiymət verilməsinə kömək edəcək. Bu ilki seçkilərdə artıq müşahidəçiliklə bağlı bir neçə yenilik var. Belə ki, ATƏT Parlament Assambleyası və Avropa Parlamenti Azərbaycanda keçiriləcək seçkilərə müşahidəçilər göndərməyəcəklərini elan ediblər. Qərar bu nüfuzlu təçkilatlarda daxili məsləhətləşmələr nəticəsində qəbul edilib. Ancaq radikal müxalifət, xüsusilə də onun Milli Şura adlanan seçki blokunda təmsil olunan hissəsi, bu qərarı böyük əsəbiliklə qarşılayıblar. Bu qərarı səhv və düşünülməmiş addım adlandıraraq onu dəyişməyə çağırırlar. Sanki, beynəlxalq təşkilatlar hansısa qərarı qəbul edərkən Azərbaycanda hər hansı bir siyasi qrupla mütləq məsləhətləşməli idilər".

A.Mirzəzadə hesab edir ki, bu əhval-ruhiyyə radikal müxalifətin seçkiyə hazır olmaması və seçkidən çox seçkiətrafı söhbətlərlə məşğul olmalarından irəli gəlir: "Sosial bazaya malik olmadan böyük iddialarla çıxış edənlər, indi də beynəlxalq təşkilatları öz daxili təlimatlarına uyğun hərəkət etmələrini istəyirlər. Ancaq bu manevrlər onlarda alınmır".

Digər xəbərlər