ATƏT-in həmsədr ölkələri, onların vasitəçiləri öz ölkələrinin mövqeyini əks etdirirlər və eyni zamanda Minsk qrupunun formatını həyata keçirirlər". Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ABŞ-ın ATƏT-in Minsk Qrupuna yeni həmsədr təyin etməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.XİN sözçüsü bildirib ki, hər bir diplomat öz ölkəsinin mövqeyini təmsil edir, missiyasını, yanaşmasını həyata keçirir: "Bu ölkələr tərəfindən həyata keçirilən vasitəçilik missiyasıdır. Təbii ki, yeni bir diplomatın təyin olunması ilə həmin ölkənin fəaliyyəti davam etdiriləcək".ABŞ-ın yeni təyin etdiyi həmsədrin dünyanın bir çox ölkələrində diplomatik fəaliyyətini nəzərə alaraq, münaqişənin həllində hər hansı bir irəliləyişə nail oluna bilərmi sualına cavabında isə E.Abdullayev deyib ki, hər bir diplomatın peşəkarlığı münaqişənin həllində çox önəmlidir: "Çünki peşəkar diplomat münaqişənin həllinə töhfə verə biləcək insandır. Onunda nəzərə almaq lazımdır ki, hər bir diplomat öz ölkəsini təmsil edir".Qeyd edək ki, ABŞ-ın dövlət katibi Con Kerri Ceyms Uorlikin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupuna həmsədr təyin edildiyini bəyan edib. C. Uorlik vəzifəsinin icrasına sentyabrda başlayacaq. Uorlik bundan əvvəl ABŞ prezidentinin Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsinin müavini vəzifəsində çalışıb və ABŞ-la Əfqanıstan arasında təhlükəsizlik razılaşması üzrə əsas müzakirəçilərdən biri olub. Bu vaxta kimi o, ABŞ-ın Bolqarıstanda səfiri (2009-2012-ci illərdə) olub və Dövlət Departamentində məsul vəzifələrdə çalışıb.
sia.az