PDF Oxu

Siyasət

  • 6

Səfər Əbiyev: Çox təəssüf ki, bu günədək beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən Ermənistanın işğalçı dövlət olduğu bəyan edilməyib

Səfər Əbiyev: Çox təəssüf ki, bu günədək beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən Ermənistanın işğalçı dövlət olduğu bəyan edilməyib

"Azərbaycan torpaqları 20 ildir ki, işğal altındadır. ABŞ və beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinə münasibətdə beynəlxalq hüquq normalarına əsaslanaraq təcavüzkarla işğala məruz qalan tərəfi fərqləndirmir."

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Vaşinqtonda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının müdafiə katibi Çak Heygellə görüşündə bildirib.

Görüşdə Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyət barədə söhbət açan müdafiə naziri bildirib ki, Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanda 1 milyondan artıq insan öz doğma yurdundan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: "Ancaq çox təəssüf ki, bu günədək beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən Ermənistanın işğalçı dövlət olduğu bəyan edilməyib."

Görüş zamanı ABŞ-ın müdafiə katibi Çak Heygel müdafiə naziri Səfər Əbiyevin fikirləri ilə razılaşdığını bildirib və Azərbaycanın dostu olaraq bundan sonra da ölkələrarası strateji əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsinə səy göstərəcəyini vurğulayıb. Daha sonra nazirlər ölkələr arasında hərbi-texniki əməkdaşlığın istiqamətləri barədə geniş fikir mübadiləsi aparıblar.

Avro-Atlantik təhlükəsizliyə töhfə kontekstində Azərbaycanın həyata keçirdiyi işləri qeyd edən Səfər Əbiyev bu sahədə enerji, nəqliyyat, rabitə və digər regional layihələrin də strateji əməkdaşlığın inkişaf etdirilməsində mühüm faktora çevrildiyini vurğulayıb.

Çak Heygel müdafiə nazirindən Azərbaycan Respublikasının Prezidentinə salamlarını çatdırmasını xahiş edib.

Azərbaycan Respublikasının müdafiə naziri Səfər Əbiyevin həmin gün ABŞ Hərbi Dəniz Katibi Rey Mabusla da görüşü olub. Söhbət zamanı Xəzərin təhlükəsizliyi və hər iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.

yap.org.az

Digər xəbərlər