"ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətinə elə də böyük təsir imkanları və səlahiyyəti yoxdur". Bunu SİA-ya millət vəkili, politoloq Rasim Musabəyov Ceyms Uorlikin ATƏT-in Minsk qrupuna həmsədr təyin olunması məsələsinə münasibət bildirərkən deyib.Politoloqun sözlərinə görə, Ceyms Uorlik sadəcə olaraq məmurdur: "Təbii ki, bu məsələlərin həlli daha yüksək səviyyədəki proseslərdən keçir. Hesab edirəm ki, ATƏT-in Minsk qrupu həmsədrləri Dövlət Katibi, Prezident səviyyəsində bu cür məsələlərə hərəkat, dinamika gətirə bilərlər. Yeni həmsədr səviyyəsində isə bu mümkün deyil. Bir sözlə, yeni həmsədrdən heç bir uğurlu nəticə gözləməyə dəyməz.Qeyd edək ki, Uorlik vəzifəsinin icrasına sentyabrda başlayacaq. Uorlik bundan əvvəl ABŞ prezidentinin Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsinin müavini vəzifəsində çalışıb və ABŞ-la Əfqanıstan arasında təhlükəsizlik razılaşması üzrə əsas müzakirəçilərdən biri olub.
sia.az