"Bəzi qüvvələr ümid edir ki, Rusiya vasitəsilə Azərbaycanda hakimiyyəti əldə edə və ya stabilliyi poza bilərlər. Həmin qüvvələr bilməlidirlər ki, Azərbaycanda hakimiyyət və digər siyasi məsələlər bilavasitə Azərbaycan xalqının iradəsindən asılıdır". Bunu SİA-ya Demokratik İslahatlar Partiyasının sədri (DİP), millət vəkili Asim Mollazadə deyib.Millət vəkilinin sözlərinə görə, Azərbaycan hər zaman Rusiya ilə normal qonşuluq, tərəfdaşlıq, siyasətini həyata keçirmək niyyətindədir: "Bu gün Azərbaycan Rusiya ilə bir neçə sahədə əməkdaşlığa hazırdır. Rusiya ilə Azərbaycan arasında istər iqtisadi və enerji, istərsə də mədəni və təhsil sahəsində mövcud olan əməkdaşlıq çox önəmlidir. Ümidvaram ki, Rusiya prezidentinin Azərbaycana səfəri çərçivəsində bütün istiqamətlərdə irəliləyişlər olacaq. İstisna deyil ki, Azərbaycanın Rusiya ilə enerji sahəsində əməkdaşlığı bərpa edilə bilər. Bu səfərdən normal qonşuluq siyasətinin davamını gözləyirik".
sia.az