PDF Oxu

Siyasət

  • 10

Aydın Mirzəzadə: "Dünənki müttəfiqlərin hər biri öz "Milli Şura"sını yaratmağa çalışır”

Aydın Mirzəzadə: "Dünənki müttəfiqlərin hər biri öz "Milli Şura"sını yaratmağa çalışır”

Radikal müxalifət seçkilərə bir neçə vahid namizədlə gedəsi oldu

"Azərbaycanın radikal siyasi müxalifətinin prezident seçkilərinə hesabladığı yeni taktika iflasa uğrayıb". SİA-nın məlumatına görə, bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkili bildirib ki, bir neçə ay əvvəl aparıcı müxalifət qüvvəsinə çevrilmək məqsədi ilə yaradılan Milli Şura fəaliyyətə başlamadan iflic vəziyyətinə düşüb: "Rəhbərlərinin buraxdığı strateji və taktiki səhvlər nəticəsində seçkiqabağı blok kabinetlərdən kənara çıxa bilmədi. Yeni blok rəhbərlərinin bir-birinə olan əks münaibətləri də hər kəsə bəlli idi. Sosial bazası güclü olan Prezident İlham Əliyev və Yeni Azərbaycan Partiyasına qarşı mübarizənin asan olmayacağını başa düşən müxalif radikal siyasətçilər, builki seçkilərdə taktikanı dəyişmək qərarına gəldilər. Onlar qarşıdakı 5 ildə Azərbaycanın problemlərinin həlli ilə bağlı ciddi proqram hazırlamaq əvəzinə, 2013-cü ildən sonrakı dövr üçün fantosqamaqorik bir plan tutdular. Plan siyasi analitiklərdə sadəcə gülüş doğurdu. Real problemlər üzrə real təkliflər irəli sürmək əvəzinə, hakimiyyət rəqibləri "hər şeyi söküb, yenidən quracağıq" istəklərini ortaya qoydular. Milli Şuranın nəzarətində olan plan gözlənildiyi kimi, qısa müddətdən sonra tamam yaddan çıxdı. Onların Rusiya və Azərbaycanın tanınmış kinorejissoru, 75 yaşlı pensioner Rüstəm İbrahimbəyovu vahid namizəd elan etməsi isə radikal müxalifətin seçkiyə başlamamış uduzmasını etiraf etməsi oldu. Siyasi təcrübəsi olmayan İbrahimbəyov ilk addımlardan böyük səhvlər buraxmağa başladı. Ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə uğur qazanan kinorejissorun siyasi proseslərdən xəbərsiz olduğu üzə çıxdı. Onun Dağlıq Qarabağı mübahisəli ərazi elan etməsi, opponentlərinin ağzından vurulmasına çağırması isə, hətta tərəfdarlarını da heyrətə gətirdi. Ən əcaibi isə radikalların vahid namizədinin ikili vətəndaşlığının olmasının üzə çıxması oldu. Onu həll etmə adı ilə Moskvadan kənara çıxmayan İbrahimbəyov, ordusunu paytaxtdan idarə edən kabinet generalına bənzədi. Ötən müddət ərzində radikal siyasi müxaliflərin əsas mövzusu İbrahimbəyovun nə zaman Bakıya gəlib, vəzifəsi ilə məşğul olacağı və onun nə zaman Rusiya vətəndalşlığından çıxacağı idi. Bu sürət və istəklə, məsələnin hətta yeni ildə də həll edilməyəcəyi aydın görünürdü. Belə vəziyyətdə radikallar vəziyyətdən çıxış yolunu blok adından yeni namizədin irəli sürülməsində gördülər. Ancaq məlum oldu ki, millət adından şura yaradanların hər biri vahid namizəd kimi ancaq özünü görür. Təcili iclaslar çağrılaraq öz namizədlərinə "tramplin" hazırlamağa, situasiyanı öz xeyirlərinə çevirməyə çalışdılar. Hətta Rüstəm İbrahimbəyov da tərəfdarlarına məktub yazaraq onları yeni namizədlər üzərində düşünməyə çağırdı. Görünən odur ki, dağılan ev təsirini bağışlayan Milli Şuranın qalıqları üzərində dünənki müttəfiqlərin hər biri öz "Milli Şura"sını yaratmağa çalışır".

sia.az

Digər xəbərlər