"Ölkəmizdə keçiriləcək prezident seçkiləri ərəfəsində ictimai-siyasi vəziyyət normal, əhalinin əhval-ruhiyyəsi isə olduqca yüksəkdir. Azərbaycan xalqı Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və bu gün Prezident İlham Əliyevin davam etdirdiyi uğurlu siyasətə doğru qiymət verir. Bu seçkilərdə də insanlar Heydər Əliyev siyasətinə səs verəcək". Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, Prezidentimizin Azərbaycanın rifahı naminə gördüyü işlər Onun hər an seçkiyə hazır olmasından xəbər verir. Millət vəkilinin sözlərinə görə, Yeni Azərbaycan Partiyasının namizədi, xalqın mütləq əksəriyyətinin namizədidir.
"Çünki xalqımız Prezidentimizin Azərbaycanın inkişafı naminə gördüyü işlərin canlı şahididir. Bu səbəbdən də bizim bu seçkilərlə bağlı heç bir narahatçılığımız yoxdur. Amma Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr mövcuddur ki, onlar ölkəmizdə olan sabitliyi pozmaq üçün müəyyən cəhdlər edirlər. Lakin bu kimi cəhdlərlə onlar heç nəyə nail ola bilməyəcəklər. Çünki Prezidentimizi xalq dəstəkləyir. Xalqın gücünün olduğu yerdə, heç bir xarici qüvvə nəsə etmək imkanına malik deyil"- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.
yap.org.az