PDF Oxu

Siyasət

  • 6

Sədaqət Vəliyeva: Milli Məclis əhalinin sağlamlığının qorunması istiqamətində kifayət qədər vacib qanunlar qəbul edib

Sədaqət Vəliyeva: Milli Məclis əhalinin sağlamlığının qorunması istiqamətində kifayət qədər vacib qanunlar qəbul edib

"Milli Məclis əhalinin sağlamlığının qorunması istiqamətində kifayət qədər vacib qanunlar qəbul edib. Parlamentin Sosial siyasət komitəsi də bu yöndə çox uğurla çalışır və maraqlı qanun layihələri müzakirələrə təqdim edir". Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, indiyə qədər parlamentdə donor haqqında, dağınıq skleroz xəstələri, şəkərli diabet xəstələri ilə bağlı qanunlar qəbul edilib. Hazırda isə pasiyentlərin hüquqları barədə qanun layihəsi hazırlanır.

"Komitəmiz bu sahədə işini davam etdirir. Zərurət yarandıqca, yeni layihələrin hazırlanması prosesi həyata keçiriləcək" - deyə, S.Vəliyeva vurğulayıb.

yap.org.az

Digər xəbərlər