PDF Oxu

Siyasət

  • 14

“YAP İlham Əliyevlə bağlı imzatoplama kampaniyasına sabahdan başlayacaq”

“YAP İlham Əliyevlə bağlı imzatoplama kampaniyasına sabahdan başlayacaq”

"Biz sabahdan etibarən Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş və avqustun 10-da Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən namizədliyi təsdiqlənmiş ölkə Prezidenti cənab İlham Əliyevin imzatoplama kampaniyasına start verəcəyik". SİA-nın məlumatına görə, bunu Gün.Az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, partiyanın rəhbər strukturları, İcra Katibliyi tərəfindən YAP-ın rayon və şəhər təşkilatlarına imzatoplama kampaniyasına başlamaq üçün artıq müvafiq göstəriş və tapşırıqlar verilib: "Sabahdan etibarən partiyamızın rayon və şəhər təşkilatları imza toplamağa başlayacaqlar. Biz təcrübəli partiyayıq. Buna qədər, yəni, 1993-cü ildən bu yana bütün seçkilərdə iştirak etmişik və böyük seçki təcrübəmiz var. Ona görə biz imzatoplama kampaniyasını da qanunauyğun şəkildə həyata keçirəcəyik. Bu məsələdə tələsməyə ehtiyac yoxdur. Hələ xeyli vaxt var və bu müddət ərzində də lazım olan imzanı toplayıb zamanında Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyik. Yəni, bu məsələdə bizim heç bir problemimiz yoxdur və olmayacaq".

YAP rəsmisi onu da qeyd edib ki, MSK tərəfindən rəsmən prezidentliyə namizəd kimi qeydə alınmaq üçün hər bir namizədin ən azı 40 min imza toplaması lazımdır: "Eyni zamanda, bu proses ən azı 60 seçki dairəsini əhatə etməli və onların hər birindən də 50 nəfər seçicinin imzası toplanmalıdır. Qeyd etdiyim kimi, biz təcrübəli partiya olduğumuz üçün bu məsələdə tələsmirik. Yəni, biz qanunla tələb olunan sayda imzanı vaxtında toplayıb MSK-ya təqdim edəcəyik".

sia.az

Digər xəbərlər