PDF Oxu

Siyasət

  • 5

Xəzər donanmasının Rusiyaya məxsus gəmiləri Bakıya gələcəkdir

Xəzər donanmasının Rusiyaya məxsus gəmiləri Bakıya gələcəkdir

"Dağıstan" raket gəmisi başda olmaqla Xəzər donanmasının Rusiyaya məxsus gəmilər dəstəsi avqustun 12-13-də Bakı limanına gələcəkdir.

Rusiya Federasiyasının Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bu səfərin məqsədi Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrini inkişaf etdirmək və möhkəmləndirməkdir.

Səfərin proqramına əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanlığı ilə görüşlər və Rusiyaya məxsus gəmilərin şəxsi heyətini Azərbaycan paytaxtının görməli yerləri ilə tanış etmək nəzərdə tutulur.

yap.org.az

Digər xəbərlər