Azərbaycan Gənc Diplomatlar Birliyi 2013-cü il 9 oktyabrda keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləmək məqsədilə "Azərbaycan beynəlxalq əməkdaşlıq məkanıdır" mövzusunda dəyirmi masa keçirib. SİA-nın xəbərinə görə, tədbirdə "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, politoloq Elman Nəsirli, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova və gənc diplomatlar iştirak ediblər.
Dəyirmi masada dövlət başçısı İlham Əliyevin 10 illik prezidentliyi dövründə Azərbaycanın qazandığı uğurlardan danışılıb.
sia.az