PDF Oxu

Siyasət

  • 6

TürkPA-nın baş katibi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə toplantısında iştirak edəcəkdir

TürkPA-nın baş katibi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə toplantısında iştirak edəcəkdir

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının avqustun 15-16-da Qəbələ şəhərində keçiriləcək III Zirvə toplantısında iştirak edəcəkdir.

TürkPA-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sammit çərçivəsində avqustun 15-də Türk Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin, avqustun 16-da isə dövlət başçılarının görüşü keçiriləcəkdir.

Ramil Həsənov TürkPA-nın fəaliyyətə başlamasının 5-ci ildönümü və özünün diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar sammitdə çıxış edəcəkdir.

Sammit çərçivəsində R.Həsənovun Türk Şurasının baş katibi Halil Akıncı və TÜRKSOY-un baş katibi Düsen Kaseinov ilə ikitərəfli görüşləri nəzərdə tutulmuşdur.

Həmçinin Zirvə toplantısında xarici işlər nazirləri arasında əməkdaşlığa dair protokolun imzalanması da planlaşdırılır.

AzərTAc

Digər xəbərlər