"ATƏT-in Minsk qrupunun amerikalı həmsədrinin dəyişməsi prosesə ciddi təsir etməyəcək". Bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
R.Musabəyov bildirib ki, yeni həmsədr Ceyms Uorlik sadəcə olaraq məmurdur. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətinə elə də böyük təsir imkanları yoxdur".
"Təbii ki, bu məsələlərin həlli daha yüksək səviyyədəki proseslərdən keçir. Hesab edirəm ki, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr dövlət katibi, prezident səviyyəsində bu cür məsələlərə dinamika gətirə bilərlər. Yeni həmsədr səviyyəsində isə bu mümkün deyil. Bir sözlə, yeni həmsədrdən heç bir uğurlu nəticə gözləməyə dəyməz"- deyə, politoloq qeyd edib.
yap.org.az