PDF Oxu

Siyasət

  • 10

Mübariz Qurbanlı: «Milli şura» kimin namizədliyini irəli sürürsə sürsün, həmin namizədin uğur qazanacağı qeyri-mümkündür

Mübariz Qurbanlı: «Milli şura» kimin namizədliyini irəli sürürsə sürsün, həmin namizədin uğur qazanacağı qeyri-mümkündür

"Müxalifətin radikal qanadından kimin seçkidə iştirak etməsi bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Biz hər bir namizədə siyasi rəqib kimi baxaraq seçki posesində onlarla ideloji platformaların və proqramların müqayisəli şəkildə cəmiyyətə çatdırılması baxımından yarışmağa hazırıq. Müxtəlif partiyaların namizədləri sənədlərini MSK-ya təqdim ediblər, radikal qanadda isə biz daxili birliyin və vahid mövqenin olmadığını görməkdəyik". Bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, radikalların namizəd kimi müəyyənləşdirdiyi Rüstəm İbrahimbəyovun sənəd problemləri var. Eləcə də, bu düşərgədə digər iddalı şəxslər var ki, onlar da hələ qəti qərara gələ bilməyiblər.Onun fikrincə, radikallığın sonu həmişə cəmiyyətdə məğlubiyyətlə nəticələnir. Çünki radikallığın içərisində ambisiyalar gizlənir.

"Düşünürəm ki, bu seçkilər radikalların ideoloji və siyasi baxımdan iflası demək olacaq. Bilirsiniz, Azərbaycan cəmiyyəti sabitlik, iqtisadi inkişaf, sosial rifah, milli müstəqiliymizin daha da güclənməsini istəyir. Ona görə də, cəmiyyətimiz indiyədək qazanılmış uğurların qorunmasının tərəfdarıdır. Amma müxalifətin radikal qanadı isə hakimiyyətə gəlmək naminə yenidən qarşudurmalara, dağıdıcılığa, Azərbaycanın başqa ölkələrin təsir dairəsinə sürükləməyə hazırdır. Bu səbəbdən də, cəmiyyətimiz radikal qanadı inkar edir. Radikalların inkarı bütün hallarda özünü göstərir. Hazırda konstruktiv müxalifətin çəkisi radikal qanadın çəkisindən çox üstündür. İlbəil radikal çağırışların tərəfdarlarının sayı azalmaqdadır. Ona görə də, müxalifətin radikal qanadını özündə birləşdirən "Milli şura" kimin namizədliyini irəli sürürsə sürsün, həmin namizədin uğur qazanacağı qeyri-mümkündür. Bu baxımdan, 2013-cü il prezident seçkilərini Azərbaycanda müxalifətin radikal qanadının süqutu və iflası kimi dəyərləndirmək olar"- deyə, YAP İcra katibinin müavini vurğulayıb.

yap.org.az

Digər xəbərlər