PDF Oxu

Siyasət

  • 5

Azərbaycan və Aİ tamamilə viza rejimindən imtina edə bilərlər

Azərbaycan və Aİ tamamilə viza rejimindən imtina edə bilərlər

Azərbaycan və Avropa İttifaqı arasında viza rejimininin sadələşdirilməsindən sonra növbəti addım onun tamamilə ləğvi ola bilər. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

Tərəflər Litvanın paytaxtı Vilnüsdə 2013-cü ilin noyabrın 28-29-da keçiriləcək "Şərq tərəfdaşlığı" ölkələrinin üçüncü sammitinin gedişi zamanı viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanmasına hazırlaşırlar.

Məmmədquliyevin sözlərinə görə, sadələşdirilmiş rejim sazişin imzalanmasından və qüvvəyə minməsindən dərhal sonra tətbiq edilməyə başlanılacaq. Məmmədquliyev bildirib: "İmzalanmadan sonra Azərbaycan Milli Məclisi (Parlamenti) və Avropa Parlamentində daxil olmaqla ratifikasiya prosedurları başlayacaq. Bundan əlavə Şengen zonasına daxil olan, lakin Aİ-yə üzv olmayan ölkələrlə (Norveç, İsveçrə, İslandiya, Lixtenşteyn) də ikitərəfli sazişlər imzalanmalıdır. Eyni zamanda Aİ-yə üzv ölkələrlə ayrı-ayrılıqda sazişlərin imzalanmasına ehtiyac yoxdur".

yap.org.az

Digər xəbərlər