Azərbaycanda son 10 il ərzində dövlət başçısı İlham Əliyev tərəfindən gənclər siyasətinin dəstəklənməsi ilə bağlı iki dövlət proqramı qəbul olunub. SİA-nın xəbərinə görə, bunu Gənclər və İdman naziri Azad Rəhimov İCAPP Gənclər Qolunun 2-ci toplantısında çıxışı zamanı deyib.Bu proqramlardan biri başa çatıb, digəri isə hazırda icra olunmaqdadır: "Əgər 2003- cü ildə gənclər siyasətinin dəstəklənməsi ilə bağlı dövlət büdcəsindən 245 min manat ayrılmışdısa, bu il bu rəqəm 25 milyon manata çatıb".Azad Rəhimov vurğulayıb ki, ölkədə gənclər mərkəzlərinin açılması istiqamətində çox ciddi işlər görülür: " 2006- cı ildən indiyə qədər 19 gənclər mərkəzi açılıb, növbəti 3 il ərzində də daha 14 gənclər mərkəzinin açılması nəzərdə tutulur".Azad Rəhimov diqqətə çatdırıb ki, gənclərin inkişafı üçün yaradılan şərait nəticəsində dövlət qurumlarında onların təmsilçiliyi artıb: " Bu gün bələdiyyələrdə gənclərin sayı təxminən 4 min nəfərdən çoxdur. 326 nəfər isə bələdiyyə sədrləridir. Azərbaycan gənclərini beynəlxalq əlaqələri inkişafına böyük töhfələr verir.Azad Rəhimov bildirib ki, əvvəllər nazirliklə əməkdaşlıq edən 51 gənclər təşkilatı vardısa, hazırda onların sayı 240- a çatıb.
sia.az