PDF Oxu

Siyasət

  • 14

Heydər Əliyev Fondunun dəstəyi ilə IV muğam televiziya müsabiqəsi davam edir

Heydər Əliyev Fondunun dəstəyi ilə IV muğam televiziya müsabiqəsi davam edir

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Beynəlxalq Muğam Mərkəzində IV muğam televiziya müsabiqəsi keçirilir.

Müsabiqənin bu həftəyə olan ilk konserti zərb muğamlarına həsr olunmuşdur.

İstedadlı və gənc muğam ifaçıları "Şirvan şikəstəsi", "Kəsmə şikəstə", "Heyratı", "Ovşarı", "Qarabağ şikəstəsi", eləcə də digər muğamları böyük həvəs və sevgi ilə oxumuşlar.

Artıq bir ənənəyə çevrilən və dördüncü dəfədir keçirilən televiziya muğam müsabiqəsi sənətsevərlər tərəfindən böyük maraqla izlənilir.

Bu gənclər müxtəlif rayon və şəhərlərdə aparılan dinləmələrdə yaşıdlarından seçilən istedad sahibləridir. Ümumilikdə, 500-dən çox gəncin iştirak etdiyi birinci turdan növbəti mərhələyə 48 xanəndə vəsiqə almış, onlardan isə 21-i Bakı səhnəsində ifa etmək hüququ qazanmışdır.

Dördüncü muğam televiziya müsabiqəsi həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamı keçirilir. Müsabiqənin bütün konsertləri Azərbaycan Televiziyası və "Mədəniyyət" kanalı ilə canlı yayımlanır.

yap.org.az

Digər xəbərlər