PDF Oxu

Siyasət

  • 14

YAP Quba rayon təşkilatı imzatoplama kampaniyasını uğurla yekunlaşdırır

YAP Quba rayon təşkilatı imzatoplama kampaniyasını uğurla yekunlaşdırır

Ölkəmizdə 9 oktyabrda keçiriləcək prezident seçkilərinə hazırlıq işləri davam edir. YAP Mərkəzi Seçki Qərargahı, YAP-ın prezidentliyə namizəd kimi irəli sürdüyü Cənab İlham Əliyev üçün imzatoplama kampaniyasını uğurla davam etdirir.

Azərbaycan Respublikası Prezidentinin seçkiləri zamanı YAP prezidentliyə namizədinin müdafiəsi üçün seçici imzaları toplama kampaniyası YAP Quba rayon təşkilatında da uğurla tamamlanır. YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyevin verdiyi məlumata görə, rayon təşkilatının 5766 üzvünü birləşdirən 97 ilk partiya təşkilatı imzatoplama kampaniyasında fəal iştirak edir. İmzatoplama kampaniyasının aparılması üçün 16 qrup yaradılıb. İmzatoplama kampaniyası avqust ayının 13-də başlayıb. Bununla əlaqədar Quba rayonu ərazisində fəaliyyət göstərən 52 saylı Quba, 53 saylı Quba-Qusar seçki dairələri üzrə 16 nəfərdən ibarət qrup imzatoplama aksiyasına başlamışdır. Namizədin müdafiəsi üçün seçki imzaları tədris müəssisələrində, yaşayış yerlərində könüllülük prinsipinə əsasən toplanılır. Əhali bu kampaniyada fəal iştirak edir və Cənab Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir. Göstərilən dairələr üzrə 800 imza toplanılacaq. Quba rayonunda imzatoplama kampaniyası bu gün yekunlaşaraq, toplanmış imza vərəqələri YAP Mərkəzi-Seçki Qərargahına təqdim ediləcək.

CAHİD SÜLEYMANOV

Digər xəbərlər