Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfirliyindən verilmiş məlumata əsasən Panama Milli Assambleyasında "Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi"nə dair dörd saylı qətnamə qəbul edilmişdir.
Xarici İşlər Nazirliyindən bildirmişlər ki, qətnamə layihəsi Milli Assambleyanın plenar iclasında səsverməyə çıxarılmış və yekdilliklə qəbul edilmişdir.
Qətnamədə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi, bu hərbi münaqişə zamanı və ondan sonra əhalimizin hüquqlarının kobud şəkildə pozulması, xüsusən də 1992-ci ildə azərbaycanlılara qarşı Xocalıda təcavüzkar ölkə tərəfindən törədilmiş soyqırımı qətiyyətlə pislənilmişdir.
Qətnamədə, həmçinin BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnamələrinə əməl edilməsi üçün Ermənistan Respublikası hökumətinə çağırış ifadə edilmişdir.
yap.org.az