PDF Oxu

Siyasət

  • 15

Azad Rəhimov: Ölkə əhalisinin 30 faizdən çoxunu gənclər təşkil edir

Azad Rəhimov: Ölkə əhalisinin 30 faizdən çoxunu gənclər təşkil edir

"Azərbaycanda həyata keçirilən gənclər siyasəti son 10 ildə inkişaf dinamikasına görə yeni bir mərhələyə keçid alıb. Belə ki, dövlətin gənclər siyasətinin maddi-texniki bazası gücləndirilib, gənclərlə bağlı normativ baza təkmilləşib, infrastrukturun inkişafı sürətlənib". Bu fikirləri gənclər və idman naziri Azad Rəhimov deyib.

A.Rəhimov bildirib ki, paytaxt və bölgələrdə gənclərin intellektual və yaradıcılıq potensialının inkişafına, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, məşğulluğun təmin edilməsinə geniş şərait yaradılıb. Onun sözlərinə görə, ölkənin ictimai-siyasi həyatında, dövlət idarəetmə və seçki orqanlarında gənclərin iştirakı və rolu əhəmiyyətli dərəcədə artıb.

"Ölkə əhalisinin 30 faizdən çoxunu gənclər təşkil edir. Son 10 il ərzində gənclərlə iş sahəsində Azərbayan gəncliyinin inkişafına yönəlmiş iki Dövlət Proqramı qəbul edilərək həyata keçirilir. Dövlət gənclər siyasəti sahəsində ayrılmış büdcə 100 dəfə artırılıb. Gənclərin hərtərəfli inkişafını təmin etmək məqsədilə sahənin infrastukturu yaradılır. Ölkədə ilk dəfə olaraq gənclərə xidmət göstərən Gənclər mərkəzlərinin inşasına başlanıb. 2006-cı ildən ötən dövr ərzində artıq 19 belə mərkəz yaradılıb. Növbəti üç ildə daha 14 mərkəzin inşası nəzərdə tutulub"- deyə, nazir vurğulayıb.

Gənclərin ictimai-siyasi fəallığının artdığını da deyən A.Rəhimovun sözlərinə görə, gənclərin qeyri-hökumət təşkilatlarının sayı bu illər ərzində 5 dəfə artaraq 51-dən 240-dək yüksəlib.

yap.org.az

Digər xəbərlər