PDF Oxu

Siyasət

  • 12

Seymur Orucov: Bu toplantı vasitəsilə Asiya gənclərinin amalı, məqsədi bütün dünyaya yayıldı

Seymur Orucov: Bu toplantı vasitəsilə Asiya gənclərinin amalı, məqsədi bütün dünyaya yayıldı

"Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Gənclər Qolunun toplantısının Bakı şəhərində keçirilməsinin böyük əhəmiyyəti var. Bu, bir daha təsdiq edir ki, Azərbaycan çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etmək iqtidarındadır". Bu fikirləri YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

S.Orucov bildirib ki, bu toplantı vasitəsilə Asiya gənclərinin amalı, məqsədi bütün dünyaya yayıldı. Onun sözlərinə görə, milliyyətindən, dilindən, dinindən asılı olmayaraq dünyadakı sağlam gəncliyi sülh, əminamanlıq və əməkdaşlıq amalları birləşdirir.

"XXI əsrdə qloballaşma prosesi gedir, müharibələr, terrorlar insanların, o cümlədən gənclərin narahatlığına səbəb olur, belə hallara qarşı kəskin etirazlarını bildirirlər. Gənclər sülh uğrunda mübarizə aparmaq istəyirlər ki, yaşadıqları cəmiyyətlərdə sabitliyin, sülhün təmin edilməsinə nail olsunlar. Hesab edirəm ki, Bakıda keçirilən bu toplantı təkcə Asiyanın deyil, bütün dünyada sülhsevər gəncləri bir araya gətirəcək, onlar bu müqəddəs amallar üçün birləşəcəklər"- deyə, YAP Gənclər Birliyinin sədri vurğulayıb.

yap.org.az

Digər xəbərlər