"İCAPP-ın Gənclər Qolunun toplantısının Bakı şəhərində keçirilməsi ölkəmizin, o cümlədən Yeni Azərbaycan Partiyasının beynəlxalq aləmdəki nüfuzunu bir daha təsdiqləyir. Bütövlükdə, Azərbaycan nəinki Avropa, həmçinin Asiya üçün də önəmli ölkədir". Bu fikirləri YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev deyib.
A.Hacıyev bildirib ki, təşkilatın gənclər qolunun yaradılaraq fəaliyyət göstərməsi çox müsbət hadisədir. Onun sözlərinə görə, Asiya gəncləri öz potensialından istifadə edərək səmərəli əməkdaşlıq etmək imkanına malikdirlər.
"Ümumiyyətlə, son illərdə YAP-ın xarici əlaqələrinə nəzər salsaq görərik ki, bu istiqamətdə ciddi nailiyyətlər əldə edilib. Partiyamız həm Avropada, həm də Asiyada geniş əlaqələrə malikdir. Bu əlaqələr daim inkişaf etməkdədir"- deyə, A.Hacıyev qeyd edib.
yap.org.az