"Dağlıq Qarabağ probleminin həllinə dəstək qardaşlıq borcumuzdur və Türkiyənin bu dəstəyi məsələ həll olunana qədər davam edəcək". SİA-nın məlumatına görə, bunu Türkiyə Prezidenti Abdulah Gül Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında çıxışı zamanı bildirib.Onun sözlərinə görə, Türkiyə Dağlıq Qarabağ probleminin həlli üçün əlindən gələn hər şeyi edəcək.
sia.az