Türkdilli Dövlətlərin Xarici İşlər Nazirləri Şurasının avqustun 15-də Qəbələdə keçirilən iclasında Misirdəki vəziyyətlə bağlı bəyanat qəbul olunub. Azərbaycan XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bəyanatda deyilir: "Biz Misirdə davam edən nümayişlərə cavab olaraq gücdən istifadə nəticəsində insanların həyatını itirməsi və yaralanmasına təəssüflənirik. Hesab edirik ki, mülki şəxslərin həlak olması qəbuledilməzdir. Öldürülən şəxslərin ailələrinə başsağlığı verir, eyni zamanda yaralanan şəxslərin tam və tezliklə sağalmasını arzu edirik. Biz, ölkədə sülhün həyata keçirilməsinə zəruri ehtiyacın olduğunu vurğulayır, təhlükəsizlik, demokratiya və sabitliyin bərpa olunmasına çağırırıq".
sia.az