PDF Oxu

Siyasət

  • 6

Mütəllim Rəhimli: ““Milli Şura” üçün mitinqin keçirilməsi, nəticəsindən daha vacibdir”

Mütəllim Rəhimli: ““Milli Şura” üçün mitinqin keçirilməsi, nəticəsindən daha vacibdir”

"İndi siyasi məsələlər, təkcə meydanlarda həll olunmur. Meydanlardan kənarda çox ciddi işlər görülməlidir. "Milli Şura"nın bu tələblərə cavab verən addımları atması mümkün kimi görünmür". Bunu SİA-ya Ədalət Partiyasının aparat rəhbəri Mütəllim Rəhimli deyib.Onun sözlərinə görə, daxili ziddiyyətlərin buna mane olduğu müşahidə edilməkdədir: "Milli Şura" beynəlxalq aləmə göstərmək istəyir ki, tərəfdarları var və onlar fəaldır, ictimai proseslərə biganə deyil, hətta buna müdaxilə etməyə həvəslidirlər. Ona görə də gələcək proseslərə qiymət verərkən "Milli Şura" onun rəyinin nəzərə alınması istəyir. Bu baxımdan da mitinq keçirmək barədə qərar verilib. Onlar üçün mitinqin keçirilməsi, nəticəsindən daha vacibdir".M.Rəhimli vurğulayıb ki, radikal müxalifətin mitinqlər taktikası yeni deyil. Onlar 20 ildir ki, eyni ssenarini təkrarlayırlar.

sia.az

Digər xəbərlər