MDB Parlamentlərarası Assambleyası Şurasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialı bu il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası prezidenti seçkilərinin uzunmüddətli monitorinqinə başlamışdır.
Qurumun Bakı filialının mətbuat xidmətindən bildirmişlər ki, monitorinq çərçivəsində Bakıda və respublikanın 5 bölgəsində - Sumqayıt, Qusar, Gəncə, Şəki və Lənkəranda ekspertlər qrupunun qərargahları yaradılmışdır. Qərargahlarda fəaliyyət göstərən ekspertlər təsdiq olunmuş plana əsasən prezident seçkilərinin təşkili və keçirilməsinin uzunmüddətli monitorinqini həyata keçirirlər.
Qərargahların fəaliyyəti oktyabrın 10-dək davam edəcəkdir.
Aparılan monitorinqlərin nəticələri MDB Parlamentlərarası Assambleyasının aralıq hesabatında öz əksini tapacaqdır.
yap.org.az