"Ermənilər başa düşürlər ki, Azərbaycansız onlara həyat yoxdur". Bu fikri "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov deyib.
B.Səfərov bildirib ki, Dağlıq Qarabağın separatçı rejiminin rəhbərliyinin danışıqlar barədə təklifi indiki halda qəbuledilməzdir. Onun sözlərinə görə, danışıqlar, müzakirələr müəyyən vaxtda Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında aparıla bilər.
"Separatçı rejim rəsmi Bakını Sərsəng su anbarının və Tərtər rayonun su ehtiyatlarının Azərbaycanla birgə idarə edilməsi üçün danışıqlar aparmağa çağırır. Deməli, ermənilər başa düşür ki, bizsiz onlara həyat yoxdur. Əgər onlar Azərbaycanın tərkibində yaşamaq istədiklərini rəsmi şəkildə bəyan etsələr, bunu qəbul edərik. O zaman ac qalmazlar, bütün Azərbaycan vətəndaşları kimi yaxşı yaşayarlar"-deyə, B.Səfərov vurğulayıb.
yap.org.az