PDF Oxu

Siyasət

  • 10

Gənclərin növbəti uğuru

Gənclərin növbəti uğuru

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında gənclər birliyinin təşkil etdiyi "Mənim Fərdi İnkişafım" adlı təlim kursu yekunlaşıb

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında gənclər birliyinin təşkil etdiyi "Mənim Fərdi İnkişafım" adlı təlim kursunun yekunu ilə əlaqədar görüş keçirilmiş, fərqlənən iştirakçılara sertifikatlar təqdim olunub. Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, YAP Gəncə şəhər təşkilatının sədr müavini, AMEA-nın Gəncə regional bölməsinin direktoru Fuad Əliyev, YAP Gəncə şəhər təşkilatı gənclər birliyinin sədri Fərid Dünyamalıyev iştirak etmişlər.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı gənclər birliyinin təşəbbüsü ilə 14-15 avqust 2013-cü il tarixində "Mənim Fərdi İnkişafım" adlı təlim kursu keçirilmişdir. Təlim kursunda iştirak etmək istəyən gənclər müraciət formasını doldurmuş və müsahibə yolu ilə təlimə qoşulmuşlar. Görüşdə qeyd olunmuşdur ki, bu təlim gələcək həyatlarında uğur qazanmaq üçün gənclərə yardımçı oldu. Belə ki, təlimin əsas məqsədi fərdi inkişafın müxtəlif yollarını və bu yolda uğur qazanmağın sirlərini gənc nəslə aşılamaq olub.

"Təlim kursu ərzində iştirakçı gənclər uğurun əsil sirri, vaxtdan düzgün istifadə olunması, sağlam həyat tərzi üçün daxili intizam qaydaları, məqsədə çatmaq üçün nələri bilməliyik, uğurlu biri olmaq üçün nələrə nəzarət etməliyik" kimi suallara cavab tapmışlar. Təlim kursu uğurla başa çatdırılıb.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər