PDF Oxu

Siyasət

  • 11

Azərbaycan ilə Qazaxıstanın ikitərəfli münasibətləri bir çox sahələrdə inkişaf edir

Azərbaycan ilə Qazaxıstanın ikitərəfli münasibətləri bir çox sahələrdə inkişaf edir

Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin görüşü olub

Avqustun 16-da Qəbələdəki prezident iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin görüşü olub.

Görüşdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısına dəvətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirdi. Nursultan Nazarbayev Azərbaycanın əldə etdiyi nailiyyətləri qeyd edərək, ölkəmizin beynəlxalq aləmdə nüfuz qazandığını və qardaş Qazaxıstanın Azərbaycanın uğurlarına sevindiyini vurğuladı. Nursultan Nazarbayev ölkəmizə budəfəki gəlişi zamanı Azərbaycanda böyük inkişafın şahidi olduğunu bildirdi. Prezident İlham Əliyev Qazaxıstanın müxtəlif sahələrdə uğurlar qazandığını qeyd etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin bir çox sahələrdə inkişaf etdiyini vurğulayaraq, enerji-nəqliyyat potensialının hər iki ölkənin daha da inkişaf etməsində rolundan danışdı.

Görüşdə Qəbələdə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısının ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulandı, Azərbaycan ilə Qazaxıstanın iqtisadi, o cümlədən nəqliyyat, kənd təsərrüfatı sahələrində əməkdaşlığının, Azərbaycanın Qazaxıstana məhsul ixracının genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıldı.

Digər xəbərlər