PDF Oxu

Siyasət

  • 14

Mətbuat Şurası aksiyaya münasibət bildirib

Mətbuat Şurası aksiyaya münasibət bildirib

Bu gün Azərbaycan Mətuat Şurasının (MŞ) monitorinq qrupu Milli Şuranın bu gün keçirdiyi razılşadırılmış aksiyada jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinə mane yaradılmasını müşahidə etməyib. MŞ-dan SİA-ya daxil olan məlumata görə, şuranın icraçı katibi Rəhim Hüseynzadənin rəhbərlik etdiyi və Daxili İşlər Nazirliyi ilə birgə yaradılmış monitorinq qrupunun üzvlərinə, həmçinin qurumun Mətuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının təmsilçilərinə bununla bağlı hər hansı müraciət edilməyib.

MŞ-nin mitinq müddətində "qaynar xətt" rejimində fəaliyyət göstərən telefon nömrəsinə də prosesi işıqlandıran kütləvi informasiya vasitələrinin nümayəndələrindən məlumat daxil olmayıb.

Mətbuat Şurasının monitorinq qrupu icazəli aksiyada peşə vəzifəsini yerinə yetirmiş jurnalistlərin əsasən üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb.

sia.az

Digər xəbərlər