Bu gün "Milli Şura"nın Bayıldakı 20-ci sahədə yerləşən Sürücülük Məktəbinin həyətində Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiyası keçirilib. SİA-nın xəbərinə görə, aksiya 40 dəqiqə gec başlayıb və vaxtından 30 dəqiqə əvvəl yekunlaşıb.
İbrahim İbrahimli apardığı aksiyada "Milli Şura"nın problemlərindən, Rüstəm İbrahimbəyovun vahid namizədliyinin dəstəklənməsi kimi məsələlərdən danışıblar.
Mitinqin diqqət çəkən məqamlarından biri aksiyanın sönük keçməsi olub. Belə ki, aksiyanın açılışından bir qədər sonra toplaşanlar oradan uzaqlaşmağa başlayıblar.
Müşahidə etdiyimiz digər bir maraqlı məqam isə vaxtıilə azadlıq hərəkatında iştirak etməyənlərin bu mübarizənin öncülləri elan olunması olub.
Aksiya "Milli Şura"ya dəstək adı ilə keçirilsə də hər partiya üzvü öz sədrinin çıxışı zamanı onları dəstəkləyirdi.
Eldar Namazovun isə mitinqdən "küsərək" getməsi "Milli Şura" daxilindəki ziddiyyətləri gözlər önünə sərib. Belə ki, Eldar Namazov aksiyanın sönük və çıxışçıların danışıqlarından "küsərək" digər küsəyən Rüstəm İbrahimbəyovla telefon əlaqəsi yaradıb. Onun tapşırığına əsasən meydanı tərk edib.
Köhnə "demokratlar" isə aksiyanı Eldar Namazovsuz yekunlaşdırıblar.
sia.az