PDF Oxu

Siyasət

  • 11

ABŞ mətbuatı Trans-Anadolu qaz kəməri haqqında yazıb

ABŞ mətbuatı Trans-Anadolu qaz kəməri haqqında yazıb

Amerikanın "International Business Times" qəzeti "Trans-Anadolu qaz kəməri Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqlini təmin edəcəkdir" sərlövhəli məqalə dərc edib. Müəllif Devid Kaşi öz məqaləsində yazır ki, Trans-Anadolu qaz kəməri layihəsinin həyata keçirilməsinə 8 milyard dollar sərmayə qoyulacaq. ARDNŞ-dən alınan məlumata görə, Trans-Anadolu qaz kəmərinin tikintisi 2014-cü ildə başlanacaq, 2018-ci ildə başa çatacaq.

ARDNŞ-in Türkiyədəki nümayəndəliyinin prezidenti Kənan Yavuz deyib ki, kəmərin tikintisində təqribən 2 milyon ton borudan istifadə ediləcək. Layihənin həyata keçirilməsi yeni iş yerləri yaradacaq. Trans-Anadolu qaz kəməri Transadriatik qaz kəmərinə birləşəcək və beləliklə, təbii qazın Azərbaycandan Avropaya nəqli üzrə Cənub dəhlizi layihəsini tamamlayacaq.

sia.az

Digər xəbərlər