PDF Oxu

Siyasət

  • 9

Qələbəmizin astanasinda - Qələbəmiz bütün Azərbaycanın qələbəsidir

Qələbəmizin astanasinda - Qələbəmiz bütün Azərbaycanın qələbəsidir

"Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da Xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planaları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm"!

Bəli, bu dəyərli fikirləri düz 10 il bundan əvvəl yəni 2003-cü il oktyabrın 1-də Ümummilli Lider Heydər Əliyev Azərbaycan Xalqına müraciətində demişdir. Sözün əsl mənasında bugün bu fikirlər əsl reallığı sübut edir. Bəzən də belə bir deyim var: "Hər bir millətin, dövlətin inkişafında, formalaşmasında əlverişli siyasi mühit, iradə ilə yanaşı həm də güclü Lider amili böyük rol oynayır. Bugün Azərbaycan xalqı xoşbəxtdir ki, Ulu Öndərin Azərbaycanın müstəqilliyinin və suverenliyinin qorunması və möhkəmləndirilməsi, ölkəmizin qüdrətlənməsi, daha da inkişaf etdirilməsi istiqamətində müəyyənləşdirdiyi siyasi kursu bu gün dövlət başçısı İlham Əliyevin ardıcıl, məqsədyönlü və praqmatik fəaliyyəti ilə uğurla davam etdirir. Bir gənc olaraq 2003- cü ildən bəri apardığım müşahidələr söyləməyə əsas verir ki, doğurdan da Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətlərindən birinə çevrilibdir. Cənab Prezidentimizin 10 illik fəaliiyəti göstərir ki, Azərbaycan Xalqı düzgün seçim edibdir. Bütövlükdə, ötən 10 il ərzində ölkə iqtisadiyyatı 3 dəfə artıb, iqtisadiyyatın şaxələndirilməsi uğurla həyata keçirilib, müasir sosial-iqtisadi infrastruktur yaradılıb, qeyri-neft sektorunun dinamik inkişafı təmin edilib. 2003-cü ildə 1,5 milyard dollar olan dövlət büdcəsi 2013-cü ildə 25 milyard dollar həcmindədir. 2013-cü ilin birinci yarısında qeyri-neft sektorunda ümumi daxili məhsulun (ÜDM) artımı 11 faiz (10,9 faiz) səviyyəsində olub. Yəni, hesabat dövründə ÜDM istehsalı 5,0 faiz, yaxud müqayisəli qiymətlərlə 1,3 milyard manat artaraq 27,2 milyard manata çatıb. ÜDM-in 63,9 faizi məhsul istehsalı sahələrində, o cümlədən 48,6 faizi sənayedə, 10,9 faizi inşaat kompleksində, 4,4 faizi kənd təsərrüfatında yaradılıb. Əlavə dəyər istehsalı qeyri-neft sektorunda ötən illə müqayisədə 10,9 faiz artıb, neft sektorunda isə 0,7 faiz azalıb.

Dünyanın ən nüfuzlu "Standard & Poor's", "Fitch" və "Moody's" beynəlxalq agentliklərinin Cənubi Qafqazda investisiya reytinqinə layiq görülən ilk ölkə də məhz Azərbaycandır. "Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmiz 144 ölkə arasında 46-cı, MDB məkanında isə ardıcıl olaraq dörd ildir ki, birinci yerdədir. Beynəlxalq imici durmadan yüksələn Azərbaycan "Yüksək insan inkişafı" və "Yuxarı orta gəlirli" ölkələr qrupuna daxildir.

Təsadüfi deyil ki, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daxildə və beynəlxalq miqyasda qazandığı uğurlar həm Azərbaycan xalqı, həm də nüfuzlu xarici analitik mərkəzlər, ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Təkcə Britaniyanın "The Business Year" jurnalının qərarı və Türkiyənin "Ekovitrin" jurnalının müxtəlif ölkələrdə keçirdikləri rəy sorğuları onu göstərdi ki, Prezident İlham Əliyev dünyada da nüfuzlu, uzaqgörən lider kimi tanınır. Belə ki, bir müddət öncə "The Business Year" jurnalı Prezident İlham Əliyevin son beş ildə gördüyü işləri nəzərə alaraq dövlət başçımızı "İlin adamı" elan edib. "Ekovitrin" jurnalının isə türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda 270 mindən artıq insan arasında keçirdiyi rəy sorğusunun nəticəsinə görə, Prezident İlham Əliyev "10 ilin dövlət adamı" seçilib. Bəli, bax budur Güclü Lider amili və onun rolu.

Cənab Prezidentimiz bütün sahələri daim diqqətində saxlayır və hər bir sahənin inkişafına xüsusi önəm verir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin 10 il əvvəl siyasi, iqtisadi gücü formalaşdıraraq Azərbaycanın siyasi mənzərəsində tamamilə yeni keyfiyyət dəyişikliklərinin əsasını qoydu. 2003-cü ildən sonrakı dövrü Azərbaycanın siyasi, iqtisadi, sosial, ictimai, humanitar, elmi-mədəni həyatında tamamilə yeni proseslərin baş verdiyi bir tarixi dövrdür və bu mərhələ ölkə iqtisadiyyatında yeniləşmə və keyfiyyət dəyişikliklərinin baş verdiyi bir mərhələ hesab olunmaqla, qarşıda modernləşmə üçün geniş imkanların astanasının başlanğıc tarixi kimi də səciyyələndirilə bilər. Odlar Yurdu Azərbaycanımızın dünyanın bütün ölkələrində layiqincə tanıdan Cənab Prezidentimizin sayəsində bugün Azərbaycan diqqət mərkəzində olan dövlətlər sırasında layiqli yerinin tutubdur. Bütün bunlar Güclü Liderin qurduğu güclü İqtisadiyyatın nəticəsidir. Əbəs yerə deyilmir ki, "Güclü iqtisadiyyat davamlı tərəqqiyə aparan yol deməkdir". Hər zaman təkcə beynəlxalq əlaqələrimizilə yanaşı regionlarımız da diqqətində saxlayan Dövlət başçısı İlham Əliyev bölgələrə səfərləri zamanı etdiyi çıxışlarında dönə-dönə qeyd etmişdir ki, regionların inkişafına bundan sonra da xüsusi diqqət yetiriləcək: "Ölkəmiz hərtərəfli inkişaf edir. Biz indi ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə məşğuluq və bu sahədə də uğurlar əldə edə bilmişik. Bütün bölgələrdə canlanma, inkişaf vardır. Ən ucqar bölgələrdə, ən ucqar kənddə inkişaf vardır. Hər bir rayonun inkişafı, əslində, ölkəmizin inkişafını gücləndirir. Ölkəmizin inkişafı bölgələrin inkişafı olmadan mümkün deyildir". Ölkə başçısının bölgələrə mütəmadi səfərləri Dövlət Proqramının icrasını sürətləndirməklə, regionların tarazlı inkişafının təmin edilməsi, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində görülən işlərə təkan vermişdir. Həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi və iqtisadi sabitliyin qorunub saxlanması nəticəsində 2013-cü ilin birinci yarısı ərzində 45 mini daimi olmaqla 55 min yeni iş yeri açılmış, 3,8 mindən çox yeni müəssisə fəaliyyətə başlamışdır. Ümumilikdə, Dövlət Proqramının qəbulundan ötən müddət ərzində 410 mindən çox yeni iş yeri, 24 min yeni müəssisə yaradılmışdır. Təhsil, gənclər, hərbi və bu kimi bütün sahələrdə Cənab Prezidentimizin 10 illik hakimiyyəti dövründə apardığı uğurlu islahatlar deməyə əsas verir ki, hələ bundan sonrakı illər də Azərbaycan daha genişlənərək öz ərazi bütövlüyünə nail olacaqdır. Cənab Prezidentimizin 10 illik hakimiyyətini təhlil edərkən bu sahədə saatlarla danışmaq və yazmaq olar. Amma sadəcə bir şey deməyə əsas verir ki, O dövlət güclüdür ki, onun Güclü Lideri var.

9 oktyabr tarixi hər birimiz üçün önəmli və vacibdir. Biz Qələbə tariximizin astanasındayıq. İnanıram ki, Qələbəmizi yenidən qeyd edəcəyik. Çünki, Xalq həmişə yanında ona sadiq olan, onu irəliyə apran Liderin olmasını istəyirlər. 10 illik uğur Xalqımızın düzgün seçim etdiyini bir daha təsdiq etdi. Bundan sonra da Xalqımızın edəcəyi seçim bizi daha çox qələbələrə aparacaqdır. Beləliklə, YAP-ın 20 illik fəaliyyətinə nəzər saldıqda, bu partiyanın qələbələr partiyası olduğunu əminliklə söyləmək olar. Cənab İlham Əliyev partiyamıza rəhbərlik etdiyi dövrdən isə bu qələbələr daha da geniş miqyas alıb. Partiyamızın Sədri, Prezident İlham Əliyevin vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Qarşıdan gələn 9 Oktyabr Qələbə tariximiz bizi daha böyük qələbələrə aparacaqdır. Bu yolda hər kəsə uğurlar diləyirəm! Necə deyərlər: "Uğurlu qələbə uğurlu gələcək, inkişaf deməkdir"!

Leyla Kərimova

YAP GB-nin layihələr üzrə koordinatoru

yap.org.az

Digər xəbərlər